Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”i bərpa etmək üçün müraciət edib

Faktum.az xəbər verir ki, 24 iyul 1922-ci il tarixində görkəmli ədib və publisist Cəlil Məmmədquluzadə Azərbaycan maarifçilik tarixində müstəsna rolu olan “Molla Nəsrəddin” jurnalının fəaliyyətini yenidən bərpa etmək üçün rəsmi bəyanatla müraciət edib.
İlk dəfə 1906-cı il aprelin 7-də Tbilisi şəhərində işıq üzü görən bu məşhur satira jurnalı müxtəlif siyasi təzyiqlər və tarixi çətinliklər səbəbindən fəaliyyətində dəfələrlə fasilələr verməyə məcbur olub. Tbilisi və Təbriz mərhələlərindən sonra Bakı şəhərinə qayıdan Cəlil Məmmədquluzadə 1922-ci ilin iyulunda mətbu orqanın nəşrini məhz Azərbaycan torpağında yenidən canlandırmaq niyyətini ortaya qoyub.
Böyük mütəfəkkirin bu tarixi addımı sayəsində “Molla Nəsrəddin” jurnalı həmin ilin noyabr ayından etibarən Bakı şəhərində işıq görməyə başlayıb və 1931-ci ilə qədər cəmiyyətin maariflənməsinə, azadlıq ideyalarının təbliğinə böyük töhfələr verib.
