Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Boudika Romaya göz dağı verdi.

14 Avqust 2026, 10:00 Dünya
728×90

Roma imperatorluğunu vəlvələyə salan kraliça Boudika

Faktum.az xəbər verir ki, tarix boyu kişilərin hegemonluq etdiyi bir dünyada zaman-zaman qadın hökmdarlar taxta oturub və hər bir qadın hakimiyyəti dövründə adını tarixə həkk elətdirə bilib. Tarixin tozlu səhifələrindən bu günümüzə boylanan, hal-hazırda İngiltərədə yaşayan İceni qəbiləsindən olan Britaniya kraliçası Boudika dövrün ən böyük imperatorluğu Romanı vəlvələyə saldı.

Boudikanın əri Britaniya kralı Prasutaq öldükdən sonra torpaqlarının yarısını qızlarına, yarısını isə Roma imperatorluğuna bağışladı. Britaniya torpaqlarını işğal etməsi Roma qanunlarında qızlar varis ola bilmədikləri üçün imperatorluq azğınlaşdı. Boudikanı hər kəsin gözü önündə qırmanclatdırdı, qızlarına isə təcavüz olundu. Qəzəblənən kraliça qızlarının və qürurunun intiqamını almağa and içdi. Yerli qəbilələri başına toplayıb Roma imperatorluğuna qarşı üsyana başladı.

Romanın Britaniyada paytaxtı olan Kolçesteri, ardından Londonu və Sent-Albansı yerlə-yeksan etdi. Mənbələrə görə, Boudika üç şəhərdə 70–80 minə yaxın insanı qılıncdan keçirdi, şəhərləri yandırıb viranə qoydu. Roma imperatorluğu üsyanı yatırtmaq üçün ordu göndərdi. Boudikanın ordusu sayca daha üstün olsa da, nizami Roma ordusuna məğlub oldu. Boudikanın cəsədi isə tapılmadı. Özünü zəhərləyərək öldürdüyü ehtimalları belə irəli sürülür. Baxmayaraq ki Boudika məğlub oldu, Roma tarixçiləri ondan dəhşətlə bəhs edirdilər. Cəmi 31 illik ömründə adını tarixə muzəffər qadın kimi həkk etdirdi. Bu gün İngiltərədə Boudikaya ucaldılan abidə xalqı tərəfindən göstərilən ehtiramın nümunəsidir. Tarix belə qadınlarla zəngindir.

Müəllif: Tərifə Şükürqızı

728×90
Paylaş: