Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bir gecədə 1746 insan, minlərcə canlı boğuldu

21 Sentyabr 2026, 12:00 Dünya
728×90

Nyos gölü ətrafında yaşayan insanların ağıllarına belə gəlməzdi ki, bir gün Nyosun qurbanı olacaqlar.
1986-ci il, 21 avqust gecəsi, Kamerundakı Nyos gölünün dibində partlayış baş verdi.
Partlayışa səbəb, Kamerun vulkanının kraterlərindən yaranan karbon-dioksid (CO2 ) qazı idi.
Gölün dibində sıxılıb qalan 300.000 ton karbon-dioksid qazı partlayış nəticəsində atmosferə yayıldı.
Oksigendən ağır olan bu qaz, bir anda vadinin üzərinə çökdü.
Yuxuda olan insanlar, kimisi yatağında, kimisi evinin önündə, nəfəssiz düşüb qaldılar. On minlərcə iri və kiçik buynuzlu heyvanlar öldü. Zəhərli qaz 25 kilometr ərazini bürüdü.
İlk öncə “qatilin” Nyos gölü olduğu kimsənin ağlına gəlmədi. Araşdırmalar, faciəyə səbəb heç bir infeksion xəstəliyin olmaması, cəsədlərin üzərində heç bir yara və qan izinə rast gəlinməməsi səbəbilə, hadisə, təbiət hadisəsi olaraq qeydə alındı.
Baş verən fəlakətdən sonra, Nyos gölünün dibində toplanan zəhərli qazı xaric etmək üçün borular quraşdırıldı.
Yaşanan fəlakət tarixə Nyos gölü faciəsi olaraq düşdü.
Sadəcə təəsüf yaradan səbəb odur ki, qarşısı alınması mümkün olan təbii fəlakətlər qurban almadan, tədbir görülməsi mümkün olduğu halda, biganəlik səbəbilə insanların həyatı bitir.


Tərifə Şükürqızı

728×90
Paylaş: