Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

02 Avqust 2026, 11:04 Siyasət
REKLAM728×90

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

2026-cı il iyulun 31-də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafında mühüm hadisə oldu. Səfər çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar göstərdi ki, Azərbaycan bu region dövlətləri ilə əlaqələrin daha da genişlənməsinə xüsusi önəm verir.  Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan ilə Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətləri möhkəm təməl üzərində qurulub. İki ölkə siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı davamlı şəkildə inkişaf etdirir. Bu münasibətlər Mərkəzi Asiya ilə Azərbaycan arasında daha geniş əməkdaşlıq üçün də yeni imkanlar yaradır.

Son illərdə Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrini daha da gücləndirib. Qarşılıqlı səfərlər, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr tərəflər arasında etimadı artırıb. Xəzər dənizi vasitəsilə daşımaların genişləndirilməsi, Orta Dəhlizin inkişafı və yeni logistika imkanlarının yaradılması region ölkələrinin iqtisadi əlaqələrinə müsbət təsir göstərir.  Səfər zamanı humanitar əməkdaşlıq da diqqət mərkəzində oldu. Ağdam şəhərində Manas adına məktəbin fəaliyyət göstərməsi Azərbaycan ilə Qırğızıstan xalqları arasında dostluğun və ortaq dəyərlərin gözəl nümunəsidir. Təhsil və mədəniyyət sahəsində həyata keçirilən layihələr gələcək nəsillərin bir-birini daha yaxından tanımasına kömək edir.

Azərbaycan Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə də böyük əhəmiyyət verir. Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlər regionda sabitliyin, iqtisadi inkişafın və əməkdaşlığın genişlənməsinə xidmət edir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu əlaqələr xalqlar arasında dostluğu daha da gücləndirir, regionun inkişafına və türk dünyasında birliyin möhkəmlənməsinə mühüm töhfə verir.

 

Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov

REKLAM728×90
Paylaş: