Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Alisa möcüzələr diyarında

16 İyul 2026, 10:00 Cəmiyyət
REKLAM728×90

Təsəvvür edin ki, yatağınızda uzanmısınız və qəfildən otaqdakı şkaf sizdən kilometrlərlə uzaqlaşır, yaxud əlləriniz bədəninizə nisbətən nəhəng bir ölçüyə çatır. Lyuis Kerrollun məşhur nağıl qəhrəmanının başına gələnlər əslində uydurma deyil, “Alisa möcüzələr diyarında sindromu” (AIWS) adlanan real neyropsixoloji vəziyyətdir.

Faktum.az  bildirir ki, ilk dəfə 1955-ci ildə ingilis psixiatrı Con Todd tərəfindən təsvir edilən bu sindrom, beynin vizual məlumatı və bədən təsvirini qəbul etmə funksiyasının müvəqqəti pozulmasıdır. Bu zaman insan əşyaları olduğundan çox kiçik (mikropsiya) və ya həddən tək böyük (makropsiya) görür. Əsas səbəb gözlərdəki problem deyil, beynin gələn siqnalları yanlış emal etməsidir. Çox vaxt güclü miqren, yüksək qızdırma, epilepsiya və ya bəzi infeksiyalar zamanı ortaya çıxan bu sindrom, müvəqqəti xarakter daşıyır.

Maraqlı bir fakt da budur ki, müəllif Lyuis Kerrollun özü də miqrendən əziyyət çəkirdi və tarixçilər onun nağıldakı qəribə ölçü dəyişikliklərini məhz şəxsən yaşadığı bu sindromun təsiri ilə yazdığını ehtimal edirlər.

REKLAM728×90
Paylaş: