Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Azərbaycan–Vyetnam iqtisadi əməkdaşlığı: tranzit imkanları və yeni strateji tərəfdaşlıq perspektivləri

23 Noyabr 2026, 13:04 Siyasət
728×90

Azərbaycan–Vyetnam iqtisadi əməkdaşlığı: tranzit imkanları və yeni strateji tərəfdaşlıq perspektivləri

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında münasibətlərin inkişafı üçün mövcud olan tarixi ənənələr və iqtisadi potensial ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə əlverişli zəmin yaradır. Siyasi dialoqla yanaşı, ticarət, enerji, sənaye, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrində əlaqələrin dərinləşdirilməsi hər iki ölkənin qarşılıqlı iqtisadi maraqlarına cavab verir. Müasir beynəlxalq iqtisadi münasibətlər sistemində nəqliyyat və logistika infrastrukturu dövlətlərarası iqtisadi əməkdaşlığın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Bu baxımdan Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq tranzit marşrutlarında artan rolu Vyetnamla iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm imkanlar açır. Son dövrlərdə tranzit daşımaları sahəsində müşahidə olunan müsbət dinamika bu potensialın real iqtisadi nəticələrə çevrilməyə başladığını göstərir. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu göstərici Azərbaycan üzərindən həyata keçirilən yükdaşımaların genişləndirilməsi baxımından diqqətəlayiq tendensiyadır.Azərbaycanın nəqliyyat və logistika imkanlarından Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Vyetnamdan Avropaya, eləcə də əks istiqamətdə yüklərin daşınması üçün səmərəli istifadə etmək mümkündür. Bu marşrutların inteqrasiyası Vyetnam məhsullarının Avropa bazarlarına çıxış imkanlarını genişləndirə, eyni zamanda, Avropa mənşəli məhsulların Cənub-Şərqi Asiya bazarlarına çatdırılmasında alternativ logistika imkanları yarada bilər.Azərbaycanın tranzit ölkə kimi üstünlükləri yalnız coğrafi mövqe ilə məhdudlaşmır. Ölkəmizdə liman, dəmir yolu, avtomobil nəqliyyatı və logistika infrastrukturlarının inkişaf etdirilməsi beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasına xidmət edir. Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları və müasir dəmir yolu infrastrukturu Azərbaycanın Avrasiya məkanında mühüm nəqliyyat qovşaqlarından biri kimi mövqeyini gücləndirir.

Bu kontekstdə Vyetnamla nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Yükdaşımalarının həcminin artırılması, logistika şirkətləri arasında birbaşa əlaqələrin qurulması, multimodal daşımaların təşviqi və tranzit prosedurlarının sadələşdirilməsi qarşılıqlı ticarət əlaqələrinin inkişafına əlavə stimul verə bilər.

İkitərəfli əməkdaşlığın digər mühüm istiqaməti enerji sektorudur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında tarixən formalaşmış tərəfdaşlığın müasir mərhələdə inkişaf etdirilməsi geniş perspektivlər vəd edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu sənəd iki ölkənin enerji sektorunda mövcud təcrübə və imkanlarının birləşdirilməsi üçün yeni institusional zəmin yaradır.

Bununla yanaşı, iqtisadi əlaqələrin yalnız enerji və tranzit daşımaları ilə məhdudlaşmaması vacibdir. Sənaye, kənd təsərrüfatı, qida emalı, texnologiya və digər istehsal sahələrində əməkdaşlığın genişləndirilməsi ticarət dövriyyəsinin artırılması üçün əhəmiyyətli imkanlara malikdir. Azərbaycan və Vyetnamın iqtisadi strukturlarının müəyyən istiqamətlər üzrə bir-birini tamamlaması birgə investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait formalaşdırır.Xüsusilə kənd təsərrüfatı və ərzaq məhsulları ticarəti, sənaye müəssisələri arasında texnoloji əməkdaşlıq, birgə istehsal layihələri və investisiya təşəbbüsləri ikitərəfli iqtisadi gündəliyin yeni prioritetləri kimi çıxış edə bilər. Eyni zamanda, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, sahibkarlar üçün qarşılıqlı biznes platformalarının yaradılması və sərgilərdə iştirakın təşviqi iqtisadi tərəfdaşlığın praktiki nəticələrini artırmağa imkan verər.Azərbaycan və Vyetnamın beynəlxalq iqtisadi və nəqliyyat layihələrində iştirakı da əməkdaşlığın genişləndirilməsi baxımından əlavə perspektivlər yaradır. Xüsusilə Asiya ilə Avropa arasında ticarət əlaqələrinin intensivləşdiyi hazırkı şəraitdə Azərbaycanın tranzit imkanları ilə Vyetnamın istehsal və ixrac potensialının əlaqələndirilməsi qarşılıqlı faydalı nəticələr verə bilər.

Ümumilikdə, ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq, enerji, sənaye, kənd təsərrüfatı və nəqliyyat-logistika sektorlarında genişmiqyaslı birgə təşəbbüsləri həyata keçirmək üçün kifayət qədər potensiala malikdir. Mövcud əməkdaşlıq təcrübəsi, iqtisadi imkanlar və qarşılıqlı maraqlar Azərbaycan–Vyetnam münasibətlərinin daha yüksək səviyyəyə çatdırılması üçün möhkəm əsas təşkil edir.

ZərabŞəhər 1-nömrəli  məktəb liseyin direktoru-Vüsalə Kərimova.

728×90
Paylaş: