Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Gəncə şəhərində keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbul noyabrın 24-ü saat 11:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.

Faktum.az  xəbər verir ki, görüşdə Gəncə, Naftalan şəhərləri və Samux, Daşkəsən, Göygöl, Goranboy, Xocalı, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq noyabrın 23-dək qəbula yazıla bilərlər.

Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.