Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Kleptomaniya xəstəliyi cinayət deyil

06 Noyabr 2026, 10:00 Özəl
728×90

Xəstəliklər insanın iradəsi xaricində, orqanizm daxilində baş verən bioloji prosesdir. Elə buna görə də sağlığında nasazlıq yaşayan birinə “Allah şəfa versin” deyə dua edilir.

Elə xəstəliklər var ki, xəstəyə şəfa diləməklə yanaşı, “Allah utandırmasın” demək daha da yerinə düşər. Kleptomaniya məhz bu xəstəliklərdəndir ki, sahibini rüsvay edər. Xəstəlik insanın sosial statusunun yüksəkliyindən, maddi imkanlarının genişliyindən asılı olmayaraq, insanı oğurluğa vadar edir. Hətta yüksək vəzifəli məmurlar, həkimlər, hüquqşünaslar, müəllimlər və s. kimi nüfuzlu peşə sahibləri arasında kleptomaniya xəstəliyindən əziyyət çəkənlər var.

Xəstəliyə düçar olan insan ehtiyacı olmayan, istifadəsinə yaramayan gərəksiz əşyaları oğurlamağa meyl edir. Xəstədə oğurluq öncəsi güclü həyəcan, gərginlik, oğurluq zamanı həzz, oğurluqdan sonra böyük peşmanlıqlar, utanc və depressiya halları yaşanır. Eyni zamanda utanc hissi xəstənin ruh halını daha da gərginləşdirir.

Belə xəstələrin əməlləri başqasına məxsus əşyaları qazanc məqsədilə oğurlamaq olmadığı üçün cinayət xarakteri daşımır. Çox təəssüf ki, bəzən belə xəstələrin əməlləri düzgün dəyərləndirilmir. Barələrində cinayət işi açılır. Halbuki belə insanların beynində dopamin, serotonin, opioid hormonlarının balansının pozulmasından qaynaqlı psixoloji çatışmazlıqdır.

Doğrudan da, olduqca utancverici və nüfuzdan salan xəstəlikdir. Kimsə insanın xəstə olduğuna deyil, oğru olduğuna inanır.

Tərifə Şükürqızı

728×90
Paylaş: