Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Müəllimlərin maaşı ilə bağlı yeni təklif

28 Oktyabr 2026, 10:35 Təhsil
728×90

“Məktəblərin maliyyələşdirilməsində yeni mexanizmin ciddi müsbət tərəfləri var. Amma düşünürəm ki, müəllim əməyinin qiymətləndirilməsində daha bir yeniliyə ehtiyac var”.

Faktum.az  xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, hazırda müəllimlərin əməkhaqqında staj, dərs yükü və sertifikasiya nəticələrinə görə fərqlər mövcuddur:

“Məncə, sinifdəki şagirdlərin sayı da nəzərə alınmalıdır. Çünki 10-15 şagirdə dərs deyən müəllimlə 35-40 şagirdə dərs deyən müəllimin iş yükü eyni deyil. Şagirdlərin sualları, valideynlərin tələbləri, yoxlanılmalı KSQ, BSQ vərəqlərinin sayı və mənim bilmədiyim onlarla yazı-pozu işləri gündəlik daha çox vaxt və əmək tələb edir. Bu fərq müəllimin əməkhaqqında da öz əksini tapmalıdır”.

728×90
Paylaş: