Haqqımızda Reklam Əlaqə
160×600
160×600

MAAŞINIZIN 50%-İ BORCA GÖRƏ TUTULUR? BU FAİZİN AZALDILMASINI TƏLƏB EDƏ BİLƏRSİNİZ!

28 Oktyabr 2026, 10:00 Gündəm
728×90

Borclu olmaq vətəndaşın bütün gəlirlərindən məhrum edilməsi və ya ailəsinin dolanışığının nəzərə alınmaması demək deyil.

Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 65.1-ci maddəsinə əsasən, icra sənədi üzrə borclunun əməkhaqqından və ona bərabər tutulan digər gəlirlərindən tutulmaların məbləği 50 faizdən çox ola bilməz.

Lakin burada mühüm hüquqi məqam var: 50 faiz məcburi tutulmalı olan məbləğ deyil, qanunla müəyyən edilmiş yuxarı həddir!

Başqa sözlə, qanun 50 faizdən artıq tutulmanı məhdudlaşdırır, lakin bütün hallarda məhz 50 faiz tutulmasını tələb edən imperativ norma müəyyən etmir.

Deməli, tutulma daha aşağı faizlə də həyata keçirilə bilər.

Bəs vətəndaş nə etməlidir?

Əgər əməkhaqqından tutulan məbləğ ailənin dolanışığına ciddi çətinlik yaradırsa, vətəndaş icra məmuruna əsaslandırılmış yazılı ərizə ilə müraciət edərək tutulma faizinə yenidən baxılmasını xahiş edə bilər.

Bu zaman əməkhaqqının miqdarı, himayəsində olan azyaşlı uşaqlar, ailənin maddi vəziyyəti, zəruri yaşayış və müalicə xərcləri kimi hallar sənədlərlə əsaslandırılmalıdır.

Bəs icra məmuru tutulma faizini azaltmazsa?

Vətəndaşın məhkəməyə müraciət etmək hüququ da var.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, məhkəmə tərəflərin əmlak vəziyyətini və digər halları nəzərə alaraq qətnamənin hissə-hissə icrasına, eləcə də onun icra üsulunun və qaydasının dəyişdirilməsinə qərar verə bilər.

Əlbəttə, müraciət edilməsi tutulma faizinin avtomatik azaldılması demək deyil. Hər bir məsələ konkret hallar və sübutlar əsasında qiymətləndirilir.

Unutmayaq ki, məhkəmə qərarının icrası vacibdir. Lakin bu prosesdə borclunun və onun ailə üzvlərinin qanuni mənafeləri də diqqətdən kənarda qalmamalıdır.

Borcun ödənilməsi ilə vətəndaşın normal yaşayış imkanları arasında ədalətli tarazlıq qorunmalıdır.

 

Hüquqşünas – Mediator Zaur Quliyev

728×90
Paylaş: