QANUN NİYƏ ƏR-ARVAD BARIŞDIQDA İŞƏ XİTAM VERİLMƏSİNİ NƏZƏRDƏ TUTUR?

Ailə münaqişəsi baş verib. Qadın polisə müraciət edib. Sonradan ər-arvad barışıb və qadın şikayətini geri götürüb.
Bəs qanun niyə belə hallarda barışığa imkan yaradır?
Çünki hüququn məqsədi yalnız cəzalandırmaq deyil, həm də münaqişələrin həllinə, ailə münasibətlərinin bərpasına və yeni qarşıdurmaların qarşısının alınmasına şərait yaratmaqdır.
Bəzən tərəflər barışdığı halda cəzalandırmanın davam etdirilməsi ailədaxili münasibətləri daha da gərginləşdirə bilər.
Məhz bu baxımdan İnzibati Xətalar Məcəlləsinin 39.1 və 53.1.9-cu maddələri 157 və 158-ci maddələr üzrə könüllü barışıq olduqda işə xitam verilməsini nəzərdə tutur.
Lakin zorakılıq təkrarlanarsa, sistemli xarakter alarsa, sağlamlığa zərər yetirilərsə və ya əməldə cinayət əlamətləri müəyyən edilərsə, daha ciddi hüquqi məsuliyyət, o cümlədən cinayət məsuliyyəti yarana bilər.
Barışıq zorakılığa haqq qazandırmır. Əsas məqsəd münaqişənin həlli, tərəflərin təhlükəsizliyi və zorakılığın təkrarlanmamasıdır.
Ailəni qorumaq zorakılığa göz yummaq deyil, onun təkrarlanmasının qarşısını almaqdır!
Zaur Quliyev
Hüquqşünas – Mediator
