Sosial sübut effekti: İnsanlar niyə kütlənin hərəkətini təkrar edir?

Faktum.az xəbər verir ki, psixologiyada sosial sübut (Social Proof) adlanan fenomene əsasən, insanlar qeyri-müəyyən vəziyyətdə olduqda qərarlarının 70%-ni kütlənin davranışına uyğunlaşdırırlar. Sosioloqlar bildirirlər ki, bu mexanizm insan beyninin enerji tənzimləmək və riskləri azaltmaq üçün istifadə etdiyi təkamül vərdişidir.
Qədim dövrlərdə əcdadlarımız üçün naməlum bir vəziyyətdə digərlərinin hərəkətini təkrarlamaq sağ qalmaq ehtimalını artırırdı. Müasir dövrdə də bu instinkt insanların alış-veriş edərkən başqalarının rəyinə güvənməsində, restoran seçərkən dolu olan yerlərə üz tutmasında və ya kütləvi trendlərə qoşulmasında özünü açıq şəkildə büruzə verir.
