Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib

22 Oktyabr 2026, 16:43 Dünya
728×90

Husilər Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinə, Yanbu şəhərindəki Aramco şirkətinə və iki hava limanına hücum etdiklərini iddia edirlər.

Faktum.az  xəbər verir ki, bu barədə “Al Jazeera” nəşri yazıb.

Yəmənli husilər Səudiyyə Ərəbistanının Ər-Riyaddakı Müdafiə Nazirliyinə, Yanbudakı “Saudi Aramco” obyektlərinə, Abha Beynəlxalq Hava Limanına və Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına hücumlar təşkil edib. Səudiyyə Ərəbistanı hakimiyyəti iki nəfərin öldüyünü qeyd edib.

Husilərin hərbi sözçüsü Yəhya Sari əlavə edib ki, hücumlar son 48 saat ərzində həyata keçirilib.

728×90
Paylaş: