Yaşıl nəfəs: “Şəhərlərdə ağaclaşdırma və təmiz havanın insan sağlamlığına təsiri”

Faktum.az xəbər verir ki, aparılan son ekoloji tədqiqatlara görə, 1 böyük ağac il ərzində 4 nəfərin sutkalıq oksigen tələbatını ödəyir. Müasir urbanizasiya dövründə şəhər mühitində yaşıl zonaların və parkların salınması atmosferə atılan 20%-dən çox zərərli qazların neytrallaşdırılmasına kömək edir.
Ekologiya sahəsi üzrə ekspertlər vurğulayırlar ki, böyük şəhərlərdə ağacların sayının artırılması təkcə havanı təmizləmir, həm də səs-küy kirliliyini 10 desibelədək azaldır. Şəhərlərdə “yaşıl zolaq”ların genişləndirilməsi həm ekoloji tarazlığın qorunmasında, həm də əhalinin sağlamlığında müstəsna rol oynayır.
