Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Azərbaycan diplomatiyasının fəal siması: Hikmət Hacıyev

15 Oktyabr 2026, 09:30 Cəmiyyət
728×90

Faktum.az xəbər verir ki, oktyabrın 15-i Azərbaycan Respublikasının dövlətçilik salnaməsində və xarici siyasət müstəvisində mühüm xidmətləri olan tanınmış diplomat, Azərbaycan Respublikası Prezidentinin Köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin doğum günüdür. Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın milli maraqlarının qorunması, informasiya cəbhəsində ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması və strateji diplomatik xəttin həyata keçirilməsində onun fəaliyyəti xüsusi çəkiyə malikdir.

Uzun illər xarici işlər sistemində müxtəlif məsul vəzifələrdə çalışan, o cümlədən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri kimi çevik və operativ informasiya siyasətinə rəhbərlik edən Hikmət Hacıyev peşəkar diplomatik dəst-xətti ilə fərqlənir. Xüsusilə Vətən müharibəsi dövründə və sonrakı diplomatik proseslərdə xarici media subyektləri ilə aparılan intensiv dialoqlarda, beynəlxalq platformalardakı çıxışlarda və dezinformasiyalara qarşı mübarizədə onun nümayiş etdirdiyi prinsipial möqeyi Azərbaycanın informasiya məkanındakı üstünlüyünə böyük töhfə vermişdir.

Müasir dövrün mürəkkəb geostrateji reallıqları fonunda çevik, savadlı və hücumameyilli diplomatiya yütütmək dövlət müstəqilliyinin möhkəmlənməsində həlledici şərtdir. Bu baxımdan Hikmət Hacıyevin xarici siyasət kursunun icrasındakı fəal rolu milli diplomatiyamızın uğurlu nümunələrindən biri kimi dəyərləndirilir.

728×90
Paylaş: