Bizi yıxan bilmədiklərimiz deyil, səhv bildiklərimizə inanmağımızdır

Faktum.az xəbər verir ki, kariyera, biznes və şəxsi inkişaf yolunda qarşılaşdığımız uğursuzluqların səbəbini adətən biliksizlikdə və ya məlumat azlığında axtarırıq. Düşünürük ki, yetərincə məlumatımız olsaydı, o səhvə yol verməzdik. Lakin məşhur amerikan yazıçısı Mark Tvenin de dediyi kimi: “Sizi problemə salan bilmədiyiniz şeylər deyil, doğru olduğuna əmin olduğunuz, amma əslində elə olmayan zənninizdir”. İnkişafımıza ən böyük maneə tamamilə xəbərsiz olmaq deyil, yalnış məlumatı mütləq həqiqət kimi qəbul edib ona kor-koranə inanmaqdır.
Biznes psixoloqları və fərdi inkişaf ekspertləri insanı geriyə çəkən bu köklü inancları və onların yaratdığı təhlükələri belə təhlil edirlər. İnsan beyni rahatlığı sevir və öz komfort zonasını qorumaq üçün illər boyu formalaşmış qəliblərə sığınır. Məsələn, bir çox insan “çox çalışmaq hər zaman uğur gətirir” formuluna sorğulamadan inanır. Lakin düzgün istiqamət və strategiya olmadan sadəcə fiziki olaraq çox çalışmaq insanı nəticəyə deyil, yalnız tüknməyə (burnout) aparır. Burada bizi yıxan işin çoxluğu deyil, “çox çalışmaq bərabərdir uğur” səhv inancına kor-koranə bağlanmağımızdır.
Eyni hal idarəetmədə və insan münasibətlərində də özünü göstərir. “Səhv etmək zəiflikdir”, “Səlahiyyəti başqasına vermək nəzarəti itirməkdir” və ya “Təcrübəli insan hər şeyi bilir” kimi yalnış doqmalar insanı inkişafdan saxlayan ən böyük zəncirlərdir. Bilmədiyini etiraf edən insan öyrənməyə açıq olur və resurs axtarır. Lakin yanlış bildiyi şeyin doğru olduğuna inanan insan yeni fikirlərə, innovasiyaya və tənqidə qapılarını tamamilə bağlayır. Bu cür kor təəssübkeşlik bizneslərin iflasına, peşəkarların isə yerində saymasına səbəb olan təməl amildir.
Müasir dünyada ən vacib bacarıq təkcə yeni şeylər öyrənmək (learn) deyil, həm də bildiyimiz yanlışları unuta bilmək (unlearn) qabiliyyətidir. Uğurun ilk addımı sahib olduğumuz inancları, vərdişləri və “doğrularımızı” zaman-zaman tərəzidə çəkmək və onları sorğulamaq cəsarətini göstərməkdir.
