Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Hamının səhv bildiyi 5 şey – 2026 reallığı

07 Oktyabr 2026, 09:30 Cəmiyyət
728×90

2026-cı ildə yaşayırıq, amma hələ də bəzi köhnə inanclarla düşünürük. Texnologiya dəyişib, dünya dəyişib, amma beynimizdəki bəzi qəliblər olduğu kimi qalıb. Elə bilirik ki, çox işləsək çox qazanacağıq. Əslində isə indi çox işləyən yox, ağıllı işləyən qazanır. Bir aləti düzgün istifadə etmək, bütün günü yorğun halda işləməkdən daha dəyərlidir.

Biz elə bilirik ki, sosial mediada hər gün görünməliyik. Yoxsa unudulacağıq. Halbuki indi dövran dəyişib. İnsanlar çox olanı yox, dəyərli olanı izləyir. Həftədə bir dəfə deyiləsi sözü demək, hər gün boş-boş danışmaqdan daha yaxşı nəticə verir.

Bir başqa yanılmamız da budur ki, baha olan şey keyfiyyətlidir. Artıq belə deyil. Çox vaxt eyni məhsul iki fərqli qabda, iki fərqli qiymətə satılır. Fərq yalnız adındadır. Bunu təkcə bazarda yox, məlumatda da görürük. Bəzən ən cilalı təqdim olunan fikir, ən yalan olan çıxır.

Hələ də diplomun hər şeyə zəmanət olduğunu düşünürük. Halbuki 2026-da heç kim diplomun haradandır deyə soruşmur, nə bacarırsan deyə soruşur. Universitet vacibdir, amma tək başına bəs etmir. Daim öyrənməyən adamın diplomu sadəcə bir kağız parçası olaraq qalır.

Və ən böyük səhvimiz, istirahəti tənbəllik saymağımızdır. Yorğun olanda nə düzgün qərar verə bilirik, nə də işimiz keyfiyyətli alınır. Bəzən gözün qaralması, başın ağrıması bədənin sənə dediyi ən dürüst sözdür. Bir az dayanmaq lazımdır. Çünki dayanmadan getmək olmur.

Əslində çox vaxt bizi yıxan bilmədiklərimiz yox, səhv bildiklərimizə inadla inanmağımız olur.

 

Jalə Asiman

AJB-nin üzvü

728×90
Paylaş: