Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Türkiyənin NATO üzvlüyünə gedən yolu

05 Oktyabr 2026, 11:00 Dünya
728×90

İl 1946, 5 aprel tarixi. Amerikanın hərbi gəmisi USS Missouri İstanbul boğazından Türkiyəyə daxil olur. Gəminin göyərtəsində Türkiyənin ABŞ səfiri Münir Ertegünün cənazəsi gəlirdi.

Başqa bir tərəfdə SSRİ II Dünya Müharibəsindən qələbə ilə ayrılmışdı. Şərqdə üstünlüyünü yürütmək istəyirdi. Türkiyəyə Boğazlar üzərində hərbi nəzarətin üstünlüyünün SSRİ-yə verilməsi, sərhədlərə yenidən baxılması tələbi ilə təzyiq edirdi.

SSRİ-nin Türkiyə üzərindəki təzyiqi ABŞ-ın da maraqlarına zidd idi. Belə bir vaxtda ABŞ-da vəfat etmiş Türkiyə diplomatının cənazəsinin Türkiyəyə gətirilməsi gözəl fürsət idi. Amerika hökuməti cənazəni mülki gəmilərlə də göndərə bilərdi. Niyə xüsusilə 45 min tonluq USS Missouri seçilmişdi?

USS Missouri gəmisi o gəmi idi ki, 1945-ci ildə göyərtəsində II Dünya Müharibəsindən məğlub ayrılan Yaponiyanın təslim aktı imzalanmışdı. Məhz həmin gəminin Türkiyəyə gəlişi Stalin rejiminə verilən diplomatik mesaj idi. USS Missouri gəmisi ilə yanaşı, USS Power esminesi cənazəyə qatılmışdı. Ardından 19 yaylım atəşi ilə hərbi ehtiram sərgiləndi. Cənazə mərasimi ilə verilən mesaj Sovet dövlətini qorxutmaq idi.

1947-ci ildə Truman doktrinası artıq Amerika ilə Türkiyə münasibətlərini yaxınlaşdırdı. 1950-ci ildə Türkiyənin Koreyaya qoşun göndərməsi ABŞ ilə hərbi müttəfiq kimi etibarını gücləndirdi. Ardından, yəni 1952-ci il 16 fevral tarixində Türkiyə NATO-nun üzvü seçildi. Cənazə mərasimi ilə başlayan səfər irəlidə Türkiyəni güclü hərbi blokun üzvü etdi.

Tərifə Şükürqızı

728×90
Paylaş: