“Safora” su şirkəri dələduzluq edir? – İDDİA

“Safora” su şirkətinin dələduzluqla maşğul olduğu, işə yeni başlayan əməkdaşları 1 ay işlədib pul ödəmədiyi iddia olunur.
Faktum.az xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Dəyanət Babayev məlumat paylaşıb. O bildirib ki, şirkət dələduzluqla məşğuldur:
“Bu şirkət iş üçün guya operatorlar axtarırlar, iş elanları saytlarında elan yerləşdirirlər.
Aylıq müəyyən məbləğdə razılaşma olur. Ay tamam olanda isə bir neçə gün bəhanə edib adamı 5-10 gün də artıq işlədib nömrəni blok edirlər.
Şirkətin nömrəsi 070 321 02 92-dir. Özünü şirkətin müdiri Əli adlı şəxs kimi təqdim edən şəxsin nömrəsi isə 077 112 29 43-dür.
Bir xanım uşağı bağçaya getdiyi üçün sosial durumu ağır olduğundan bu şirkətlə işləyib. Onu işlədib pulunu verməyiblər, daha sonra isə blok ediblər.
İndi də iş üçün müraciət edən bir başqasına özünü “Məhəmməd” kimi təqdim edir.
Məsələ budur ki, iş onlayn qaydada aparılır”.
Şirkətlə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfi dinləməyə hazırıq.//tribuna
