Platonun mağara alleqoriyası

Həqiqət, idrak və görünən dünyamızın fəlsəfəsi
Faktum.az xəbər verir ki, Antik Yunan fəlsəfəsinin böyük mütəfəkkiri Platonun “Dövlət” əsərinin VII kitabında təqdim etdiyi “Mağara alleqoriyası”, bəşər tarixinin en təsirli və dərin fəlsəfi təmsillərindən biri hesab olunur.
Alleqoriyaya görə, bir qrup insan uşaqlıqdan bəri yeraltı bir mağarada, üzləri yalnız qarşıdakı divara tərəf zəncirlənmiş halda yaşayır; arxalarında yanan tonqalın işığında divara düşən kölgələri görür və bu kölgələri yeganə obyektiv reallıq hesab edirlər.
Zəncirlərdən azad olan bir dustaq mağaradan kənara çıxdıqda, əvvəlcə günəş işığından gözləri kamaşsa da, tədricən əsl aləmi, əşyaların özünü və hər şeyin mənbəyi olan Günəşi görür. Bu ideya Platonun ontologiyasını (İdeyalar nəzəriyyəsini) izah edir: hiss orqanlarımızla qavradığımız fiziki dünya mağaradakı aldadıcı kölgələrdən (hisssi dünya), fəlsəfi təfəkkür və idrakla çatılan həqiqət isə dəyişməz ideyalar aləmindən (ideallar dünyası) ibarətdir.
Mağaraya qayıdıb digər insanlara həqiqəti anlatmağa çalışan, lakin korluqla ittiham olunan filosof siması isə cəmiyyəti maarifləndirməyin çətinliyini və idrakın mühafizəkar mühitlə toqquşmasını nümayiş etdirir.
