Qarabağ Universitetinin yaradılması

Qarabağ Universitetinin yaradılması.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı quruculuq işləri yalnız yolların, yaşayış binalarının və sosial obyektlərin tikintisi ilə məhdudlaşmır. Bu ərazilərdə təhsil və elm sahəsinin inkişafına da xüsusi diqqət yetirilir. Bu baxımdan Qarabağ Universitetinin yaradılması mühüm hadisələrdən biridir. Qarabağ Universitetinin Xankəndi şəhərində yaradılması Qarabağda yeni həyatın qurulmasının mühüm göstəricilərindən biri kimi qiymətləndirilir. Universitetin yaradılması ilə Xankəndidə tələbə həyatı yenidən canlanıb, şəhərin gələcək inkişafı üçün yeni imkanlar yaranıb. Qarabağ Universitetinin yaradılması haqqında qərar 2023-cü ilin noyabrında qəbul edilib. Universitetdə müxtəlif ixtisaslar üzrə müasir təhsil imkanlarının yaradılması nəzərdə tutulub. Burada gənclərin keyfiyyətli təhsil alması, müasir bilik və bacarıqlara yiyələnməsi üçün şərait yaradılır. Universitetin fəaliyyətə başlaması Xankəndinin sosial və mədəni həyatına da öz təsirini göstərir. Müxtəlif bölgələrdən gələn tələbələr burada təhsil alır, yeni dostluqlar qurur və gələcəkləri ilə bağlı planlar hazırlayırlar. Bununla yanaşı, Xankəndidə tələbə şəhərciyinin formalaşması şəhərin canlanmasına mühüm töhfə verir.
Qarabağ Universitetinin əsas məqsədlərindən biri müasir dünyada tələb olunan ixtisaslar üzrə yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Universitetdə tədrisin müasir standartlara uyğun qurulmasına, tələbələrin həm nəzəri bilik, həm də praktiki bacarıqlar əldə etməsinə diqqət yetirilir. Universitetin Xankəndidə yerləşməsi xüsusi məna daşıyır. Uzun illər ərzində təhsil və elm həyatından uzaq qalan şəhərdə bu gün gənclərin səsi eşidilir. Auditoriyalarda dərslər keçirilir, tələbələr kitabxanalardan və digər təhsil imkanlarından istifadə edir, elm və yaradıcılıqla məşğul olurlar.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ilə əlaqədar Qarabağ Universitetinin yaradılması haqqında danışmaq xüsusilə əhəmiyyətlidir. Çünki universitet Qarabağda aparılan bərpa və quruculuq prosesinin yalnız maddi deyil, həm də təhsil və intellektual inkişaf istiqamətində davam etdiyini göstərir. Bu gün Qarabağ Universiteti gənclərin təhsil aldığı, yeni biliklər qazandığı və gələcəyə hazırlaşdığı bir məkandır. Burada yetişən gənclərin gələcəkdə Azərbaycanın müxtəlif sahələrinin inkişafına öz töhfələrini verməsi gözlənilir. Qarabağ Universitetinin yaradılması Xankəndinin həyatında yeni səhifə açıb. Təhsil ocağının fəaliyyəti şəhərin gələcək inkişafı ilə yanaşı, Qarabağın elm, təhsil və mədəniyyət həyatının canlanmasına da xidmət edir.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev
