Vestfaliya sülhü (1648): Müasir beynəlxalq münasibətlər sisteminin təməli

Faktum.az xəbər verir ki, Avropada 1618–1648-ci illəri əhatə edən və qitəni viran qoyan dəhşətli Otuzillik müharibəyə son qoyan “Vestfaliya sülhü”, müasir beynəlxalq hüququn və diplomatiya tarixinin ən mühüm dönüş nöqtələrindən biri hesab olunur.
Münster və Osnabrük şəhərlərində keçirilən uzun diplomatik danışıqlar nəticəsində imzalanan bu müqavilələr toplusu, Müqəddəs Roma İmperiyasının həddindən artıq mərkəzləşdirilmiş dini-siyasi təsirini zəiflədərək Avropa qitəsində yeni bir siyasi nizam bərqərar etmişdir.
Vestfaliya sülhünün gətirdiyi en böyük tarixi yenilik “milli dövlət suverenliyi” prinsipi oldu; bu prinsipə əsasən, hər bir suveren dövlət öz ərazisində tam hakimiyyətə malikdir və başqa bir dövlətin onun daxili işlərinə, xüsusilə din və idarəetmə seçimlərinə müdaxilə etmək hüququ yoxdur. Eyni zamanda, bu sistem Avropada güclər balansının (balance of power) qorunması, diplomatik toxunulmazlıq və beynəlxalq müqavilələrin üstünlüyü anlayışlarını formalaşdırdı. Bu gün Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyü prinsiplərinin kökləri məhz 1648-ci il Vestfaliya sisteminə dayanır.
