Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Mehriban Əliyeva qayğıya ehtiyacı olanların ümid yeridir

26 Avqust 2026, 19:39 Cəmiyyət
728×90

“Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”. Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müsahibələrinin birində qeyd edib.
Elə təkcə bu fikirlər özlüyündə Mehriban xanımın xeyriyyəçi və insansevər mahiyyətinə, onun incə ruhuna və mərhəmətli ürəyinə işıq tutur. Birinci xanımın fəaliyyətinin mərkəzində kömək uman, sevgiyə və mərhəmətə ehtiyac duyan insan faktorunun dayanmasının nəticəsidir ki, o, daim mərhəmətli və xeyirxah əməlləri ilə tanınır.

Mehriban Əliyeva mütəmadi olaraq dövlət tədbirlərində, yeni infrastrukturların açılışında və müxtəlif layihələrdə iştirak etməsinə baxmayaraq, ehtiyaclı insanlara yardım etmək üçün mütləq vaxt tapır. Davamlı olaraq şəhid anaları, qazilər ilə görüşür, qayğıya ehtiyacı olan həssas uşaqlara, qocalara, xəstələrə, eləcə də çətin vəziyyətdə olan ən müxtəlif peşə sahiblərinə kömək göstərir, əlindən gələni əsirgəmir. Çoxşaxəli fəaliyyətinin əsasında dayanan insanlara yardım etmək amalı Mehriban xanım Əliyevanı bütün azərbaycanlıların doğmasına çevirib.

Mehriban Əliyeva “Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrinə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq” sözlərini əməlləri ilə daim təsdiqləyir.

Bütün Azərbaycan xalqı şahiddir ki, Mehriban xanımın qayğısıyla neçə-neçə kimsəsiz gənclər həyat qurub, təhsil alıb, evlə, işlə təmin olunublar. Mehriban Əliyeva ailə həyatı quran, valideyn himayəsindən məhrum olmuş gənclərə kömək göstərir.

Bütün bunlar bir daha sübut edir ki, Mehriban Əliyeva “İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır” fikirlərinə daim sadiqdir. Ona görə də birinci xanımın təşəbbüsü ilə reallaşdırılan layihələrin böyüklüyü, onun xeyirxahlıq və humanizm missiyası hər kəsi heyrətləndirir. Birinci vitse-prezident Mehriban Əliyeva, doğrudan da, Azərbaycan xalqının xeyirxahlıq mücəssəməsidir.

Doğum gününüzü təbrik edirəm, əziz Mehriban xanım! Sizə uzun ömür, möhkəm can sağlığı, xalqımızın rifahı naminə gördüyünüz işlərdə bol-bol uğurlar arzulayıram.

Rəhimə (Atəş)  Məmmədova

Fizioterapevt və reabilitoloq, “Rəhimə Atəş” klinkasının rəhbəri

728×90
Paylaş: