Bibərin faydaları və insan sağlamlığına təsiri

Faktum.az xəbər verir ki, Mərkəzi və Cənubi Amerikadan bütün dünyaya yayılan bibər təkcə yemeklərə verdiyi unikal dad və rənglə deyil, həm də zəngin tərkibi ilə insan sağlamlığı üçün vacib tərəvəzlərdən biridir.
Tərkibindəki A, C, B6, E vitaminləri, potasium, lif və güclü antioksidantlar sayəsində bibər orqanizmin ümumi immunitetini dəstəkləyir, xüsusilə qırmızı şirin bibər tərkibindəki C vitamininin bolluğuna görə hətta sitrus meyvələrini geridə qoyur.
Acı bibərdə olan “kapsaisin” maddəsi maddələr mübadiləsini sürətləndirərək kalorilərin yanmasını təmin edir, çəki nəzarətinə kömək edir və endorfin ifrazını tətikləyərək təbii ağrıkəsici effekti yaradır, qırmızı və sarı bibərdəki beta-karotin isə göz sağlığını qoruyaraq katarakt riskini azaldır.
Şirin bibərdəki yüksək lif tərkibi həzm sistemini tənzimləyir, bağırsaq mikroflorasını yaxşılaşdırır və qanda xolesterin səviyyəsini aşağı salaraq ürək-damar sistemini mühafizə edir. Lakin acı bibərin həddindən artıq istehlakı mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandırır, bu səbəbdən qastrit, mədə xorası, kolit, reflüks və ya böyrək-qaraciyər xəstəlikləri olan şəxslərdə mədədə yanğı, turşuluğun artması və kəskin ağrılara yol aça bilər. Həmçinin, bibərin necə istehlak olunması onun faydasına birbaşa təsir göstərir; C vitaminini tam almaq üçün bibəri çiy və salatlarda yemək daha əlverişlidir, zeytun yağı ilə yüngül bişirildikdə C vitamini azalsa da tərkibindəki A vitamini və beta-karotinin bədən tərəfindən sorulması asanlaşır, turşu və duza qoyulmuş forması isə yüksək duz tərkibinə görə təzyiq və böyrək xəstələrinə mənfi təsir edə bilər.
Gündəlik qidalanmada müxtəlif rəngli bibərlərə normasında yer vermək orqanizmin vitamin ehtiyacını ödəyir və xəstəliklərə karşı müqaviməti artırır.
