Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Liderlik və merhamətin ahəngi: İnsanlığa xidmət edən missiya

26 Avqust 2026, 10:10 Cəmiyyət
728×90

Müasir dövlətçilik tarixində elə simalar var ki, onların fəaliyyəti təkcə inzibati qərarlarla deyil, birbaşa insanların qəlbinə toxunan humanist addımlarla ölçülür. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tam olaraq bu ali missiyanı özündə təcəssüm etdirir. Onun fəaliyyəti dərin idarəçilik təcrübəsi ilə ana nəvazişinin, yüksək intellektlə milli dəyərlərə sədaqətin mükəmməl ahəngidir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşan layihələr cəmiyyətdə ümid və dayaq simvoluna çevrilmişdir. Yeni məktəblərin inşası, səhiyyə ocaqlarının yenidən qurulması, xüsusi qayğıya ehtiyacı olan şəxslərə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət onun sosial siyasətinin mərkəzində sadəcə insanın dayandığını göstərir. Bu humanist yanaşma cəmiyyətdə qarşılıqlı etimadı və sosial həmrəyliyi daha da möhkəmləndirir.

Eyni zamanda, Azərbaycan mədəniyyətinin, muğamının, xalçaçılıq sənətinin və tarixi irsinin beynəlxalq aləmdə layiqincə təbliği məhz onun böyük təşəbbüslərinin nəticəsidir. Bu gün Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrimizin, məscidlərimizin və mədəniyyət ocaqlarımızın zərgər dəqiqliyi ilə bərpası da onun milli-mənəvi irsimizə olan sonsuz sevgisinin parlaq sübutudur.

Zərifliyi, müdrikliyi və nəcib əməlləri ilə hər bir azərbaycanlının sevgisini qazanan Mehriban xanım Əliyevanı doğum günü münasibətilə samimi qəlbdən təbrik edir, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Xalid Ələkbərov

Bakı “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru 

728×90
Paylaş: