Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Maşın vuran Xalq artistindən xəbər var

24 Avqust 2026, 11:08 Cəmiyyət
728×90

Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.

Bu barədə “Unikal”ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi hazırda palata şəraitində davam etdirilir.

“Onun vəziyyəti hazırda stabil qiymətləndirilir”, – deyə məlumatda vurğulanır.

Xatırladaq ki, avqustun 21-də Ş.Yusupova evdən çıxarkən onu piyada zolağının üstündə maşın vurub.

728×90
Paylaş: