Qida israfı və sosial məsuliyyət: Bir tərəfdə toxluq, digər tərəfdə ehtiyac

Faktum.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) son Hesabatına (Food Waste Index) əsasən, dünyada hər il istehsal olunan qidaların üçdə biri, yəni təxminən 1,3 milyard ton ərzaq zibil qutularına atılır. Bu israfın illik iqtisadi zərəri 1 trilyon dollardan çox qiymətləndirildiyi halda, dünyada 800 milyondan çox insan xroniki acılıqdan əziyyət çəkir. Qlobal statistika göstərir ki, atılan qidanın sadəcə 25%-i xilas edilsə, dünyadakı bütün ac insanları doyurmaq mümkündür.
İsraf olunmuş qidalar təkcə sosial bərabərsizlik yaratmır, həm də ətraf mühitə böyük zərbə vurur. Poliqonlarda çürüyən ərzaq tullantıları qlobal istixana qazı emissiyasının 8-10%-nə bais olan metan qazı xaric edir. Eyni zamanda, həmin qidaların yetişdirilməsi üçün sərf olunan şirin su ehtiyatlarının 21%-i tamamilə boşa gedir. Mütəxəssislər vurğulayırlar ki, problemin həlli üçün restostan və marketlərdəki israfın qarşısını alan “Qida Bankçılığı” (Food Banking) sisteminin genişləndirilməsi, eləcə də fərdi səviyyədə düzgün alış-veriş planlamasının vərdişə çevrilməsi həlledici rol oynayır.
