Azərbaycan kinosunun unudulmaz əfsanəsi: Rasim Balayev

Avqustun 8-i Azərbaycan milli kinosunun parlaq simalarından olmuş, Xalq artisti Rasim Balayevin doğum günüdür.
Faktum.az xəbər verir ki, Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən aktyor xüsusi xarizması, dərin baxışları və təsiredici səs tembri ilə qısa müddətdə milli kinomuzun əvəzolunmaz baş qəhrəmanına çevrilib. O, “Nəsimi” filmində İmadəddin Nəsimi, “Dədə Qorqud”da Bamsı Beyrək və “Babək” filmində xalqımızın azadlıq mübarizəsinin rəmzi olan Babək obrazları ilə kino tariximizə unudulmaz şah əsərlər bəxş edib.
Aktyor yalnız müsbət qəhrəmanları ilə deyil, “Qanlı zəmi” filmindəki Səlim bəy kimi mənfi xarakterləri də ustalıqla canlandıraraq böyük sənətkarlıq nümayiş etdirib. “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Xalq artisti 2022-ci ildən ömrünün sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsində çalışıb. Görkəmli sənətkar 2026-cı il martın 29-da dünyasını dəyişib.
