Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Evtanaziya olmağı seçdi

27 Oktyabr 2026, 12:00 Dünya
728×90

Faktum.az xəbər verir ki, Annalieza Hollandanın cəmi 12 yaşı var idi. O, bu yaşdan etibarən davamlı və ciddi sağlamlıq problemləri yaşamağa başladı.

18 yaşına çatdıqda həkimlər ona nadir və müalicəsi olmayan Autoimmun Avtonom Qanqlionopatiya (AAQ) -orqanların iflici diaqnozu qoydular. Bu xəstəlik Annaliezanun daxili orqanlarını, xüsusilə mədə-bağırsaq sistemini iflic etmişdi. Gənc qız yemək yediyi zaman şiddətli ağrılardan əziyyət çəkir, təbii yolla qidalanmaqdan tamamilə məhrum olurdu. Həkimlər 10 il boyunca damar vasitəsilə bədəninə süni qidalar yeritməklə onu həyatda saxlamğı bacardılar.

Lakin zaman keçdikcə Annaliezanun digər orqanları da iflas etməyə başladı. 25 dəfə sepsis (qan zəhərlənməsi) keçirməsi və 13 saatlıq ağır onurğa əməliyyatı yaşadığı ağrıları dözülməz həddə çatdırdı. Gənc qız çəkdiyi ağrılara dözməyin mümkünsüz olduğunu gördükdə həyatı üçün acı bir qərar verdi: evtanaziyanı (könüllü yardımlı ölüm) seçdi.

Yaşanan fiziki ağrıların dözülməzliyi səbəbilə qanunun yol verdiyi şəkildə, həkim komissiyasının rəyi ilə həyata keçirilən könüllü yardımlı ölüm müraciəti qəbul olundu.

O, ölümündən öncə gerçəkləşdirmək istədiyi arzularını həyata keçirdi. Bu arzular arasında insana ən çox acı verəni isə ölmədən öncə bütün gənc qızlar kimi  ağ gəlinlik geyinmək istəyi idi.

Annaliezanun hekayəsi acı sonluqla bitdi. Geridə isə insanlara xəstəliyə və ölümə aciz şəkildə təslim olmamağı göstərdi.

Tərifə Şükürqızı

728×90
Paylaş: