Haqqımızda Reklam Əlaqə
160×600
160×600

İngilislərin “qara çay” uydurması

03 Avqust 2026, 10:15 Cəmiyyət
728×90

Həyatımıza hakim kəsilən çayın bitki olduğunu bilirik. Bütün bitkilər yaşılkən, çay niyə qaradır deyə, heç düşündünüz?

VIII əsrdən başlayaraq Hindistanda ingilis müstəmləkə rejimi Hindistanın sərvətlərini İngiltərəyə daşıyırdı. Hindistan çayı Avropa üçün yeni və sevilən içki idi. İngiltərə krallığı belə bir fürsəti dəyərləndirib, çayı artıq böyük miqdarda Hindistandan İngiltərəyə daşımaq qərarına gəldi.

Yığılan yaşıl çay yarpaqları uzun dəniz yolçuluğunda və musson yağışlarının təsiri ilə İngiltərəyə çatdıqda qaralıb rəngini itirdi. İngilislər sərf olunan sərmayənin məhv olduğunu gördükdə, çıxış yolu olaraq çayın qara şəkildə daha xeyirli və dadlı olması uydurması ilə onu baha qiymətə satışa çıxartdı. Hətta bahalı qara çayı almaq dəbdəbəli həyat göstəricisi kimi təqdim edildi. Beləliklə, dünya çayın qara olmasına “inandı”. Hətta çayı kəşf edən Çin xalqı belə, qara çayı daha faydalı hesab etdi.

Nəticə etibarilə, son olaraq onu söyləmək istəyirik ki, ingilislər tarixdə bir yaxşı işə imza atıb çayı dünyaya tanıtdı. Fərq etməz – qara, ya yaşıl.

Bu gün həyatımızı çaysız təsəvvür etmək çox çətindir. Ən ciddi məsələlər çay süfrəsi arxasında həll olunur. Çay gərgin mühiti yumşaldır. Xüsusilə Azərbaycan süfrəsində samovar çayı, limon və kəllə qənd əvəzolunmazdır.

Tərifə Şükürqızı

728×90
Paylaş: