Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Arıçılıqda Payız-Qış Mövsümünə Hazırlıq İşləri

31 Oktyabr 2026, 13:00 Cəmiyyət
728×90

Faktum.az xəbər verir ki, arıçılıq təsərrüfatında yüksək məhsuldarlığın və sağlam arı ailələrinin qorunub saxlanılmasının əsas şərti payız mövsümündə aparılan düzgün hazırlıq işləridir. Havanın soyuması ilə əlaqədar pətəklərin qışa düzgün hazırlanmaması, qida ehtiyatının çatışmazlığı və mövsümi xəstəliklər arı ailələrinin zəifləməsinə və ya tələf olmasına gətirib çıxara bilər.

Aqrar sahə mütəxəssisləri və təcrübəli arıçılar payız-qış dövründə aşağıdakı vacib tədbirlərin görülməsini tövsiyə edirlər:

Pətəklərin içərisində rütubətin qarşısını almaq üçün havalandırma düzgün tənzimlənməli, pətək daxili çərçivələr sıxlaşdırılmalı və istilik izolyasiya materiallarından istifadə olunmalıdır. Rütubət qış dövründə arılar üçün soyuqdan daha təhlükəli faktor hesab olunur.

Arı ailəsinin qışlaması üçün pətəkdə kifayət kadar keyfiyyətli bal və şan ehtiyatı saxlanılmalıdır. Qida çatışmadıqda arıçılar tərəfindən xüsusi sirop və ya kəndilər vasitəsilə əlavə yemləmə aparılmalıdır.

Payız dövründə arıların en başlıca düşməni olan Varroa gənəsinə (varroatoz) qarşı vaxtında və təlimata uyğun dərmanlama aparılmalıdır. Eyni zamanda, profilaktik tədbirlər arıların immun sistemini gücləndirir və yaz mövsümünə sağlam çıxmalarını təmin edir.

Qışlamanın uğurlu keçməsi növbəti ilin bal götürümü mövsümündə yüksək məhsuldarlığın təməlini qoyur.

728×90
Paylaş: