Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Rusiya onu Azərbaycana təhvil verdi

31 Oktyabr 2026, 12:41 Cəmiyyət
728×90

Beynəlxalq axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana təhvil verilib.

Faktum.az   xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Azərbaycanın hüquq-mühafizə orqanlarından alınan məlumata görə, axtarışda olan şəxs dələduzluq etməkdə, yəni etibardan sui-istifadə etməklə özgə əmlakını mənimsəməkdə şübhəli bilinirdi. Axtarışın təşəbbüskarı şübhəlinin həbs edilməsi və sonradan ekstradisiya olunması məqsədilə Azərbaycan tərəfi çıxış edib”, – deyə Amur vilayəti üzrə DİN-in məlumatda deyilir.

Azərbaycan vətəndaşı olduğu bildirilən şübhəli şəxs Svobodnı rayonunda həyata keçirilmiş əməliyyat nəticəsində saxlanılıb.

Saxlanılan şəxs ekstradisiya qaydasında Azərbaycana gətirilərək aidiyyəti dövlət qurumlarına təhvil verilib.

728×90
Paylaş: