Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Tanınmış vəkilin ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qaldırıldı

31 Oktyabr 2026, 12:25 Cəmiyyət
728×90

Tanınmış vəkil Aqşin Məmmədlinin Azərbaycandan çıxışına tətbiq edilən müvəqqəti məhdudiyyət götürülüb.

Vəkil Faktum.az-a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi “Məmmədli” Hüquq Mərkəzi MMC ilə bağlı yaranmış vergi borcu artıq ödənilib. Bununla da onun ölkədən çıxışına maneə yaradan səbəb aradan qalxıb.

Aqşin Məmmədlinin sözlərinə görə, borcun tam ödənilməsindən sonra müvafiq məhdudiyyət də ləğv edilib.

Qeyd edək ki, bir müddət əvvəl Lent.az vəkilin vergi borcu səbəbindən ölkədən çıxışına məhdudiyyət qoyulması barədə məlumat yaymışdı.

Faktum.az məsələ ilə bağlı Aqşin Məmmədlinin özü ilə əlaqə saxlayıb. Vəkil son vəziyyətə aydınlıq gətirərək borcun ödənildiyini və məhdudiyyətin aradan qaldırıldığını təsdiqləyib.

728×90
Paylaş: