Ekran arxasındakı psixologiya. Filmlər əslində bizə nə anladır?

Biz filmlərə və seriallara həm əylənmək, həm də gündəlik qayğılardan uzaqlaşmaq üçün baxırıq. Lakin rejissorlar və ssenaristlər kadrların, rənglərin və dialoqların arxasında tez-tez şüuraltı psixoloji mesajlar gizlədirlər. Dunyanın ən məşhur ekran əsərlərindən bəzilərinin əslində nə demək istədiyinə baxaq:
1. “Fight club” (Döyüş klubu) – Müasir insanın kimlik böhranı
Filmdə Edvard Nortonun canlandırdığı obraz vəTayler Dorden (Bred Pitt) əslində iki fərqli insan deyil. Bu, psixologiyada dissosiativ şəxsiyyət pozuntusu və müasir istehlak cəmiyyətinin insanı necə özünə özgələşdirməsinin simvoludur. Bəs, bu filmdəki gizli mesaj nədən ibarətdir?
Gizli mesaj: Əgər həyatınızı yalnız əşyalar almaq və cəmiyyətin standartlarına uyğunlaşmaq üzərində qursanız, daxilinizdəki “xaos” (Tayler Dorden) nəzarətdən çıxacaq.
2. “Squid game” – Kapitolizm və çarəsizlik psixologiyası
İnsanlar niyə ölümlə nəticələnə biləcək uşaq oyunlarını oynamağa razı olurlar? Serial təkcə sosial bərabərsizliyi deyil, “öyrənilmiş çarəsizlik” (learned helplessness) psixologiyasını nümayiş etdirir.
Gizli mesaj: İştirakçılar real həyatdakı borc və təzyiq altında o qədər çarəsiz hiss edirlər ki, ölüm riski olan oyun onlara borc içində yaşamaqdan daha ədalətli və ümidverici görünür.
3. “Joker” – Cəmiyyətin rədd etdiyi insanın tragediyası
Artur Flekin (Joker) idarə olunmaz gülüş tutmaları tibbdə pseudobulbar affekt adlanan real psixoloji pozuntudur. Film sadəcə bir “caninin” yaranmasını göstərmir, cəmiyyətin empatiya əskikliyini ifşa edir.
Gizli mesaj: Ruhi xəstəlikdən əziyyət çəkən insanlara empatiya göstərməyib onları kənarlaşdırdıqda, cəmiyyət özü öz monsturlarını (canilərini) yaradır.
4. “Inside out” (Tərs üzə) – Kədərin vacibliyi
Pixarın bu animasiyası insan beynindəki emosiyaların (şadlıq, kədər, qorxu, qəzəb, İyrənclik) necə işlədiyini möhtəşəm şəkildə izah edir.
Gizli mesaj: Həmişə xoşbəxt olmağa məcbur deyilik. Kədər (Sadness) zəiflik deyil, insanın rahatlaması və başqalarından dəstək alması üçün lazımdır. Kədəri qəbul etmədən tam yetkinləşmək mümkün deyil.
Deməli, yaxşı bir film sadəcə hekayə anlatmır, bizi daxili dünyamız və cəmiyyətlə üz-üzə qoyur.
Hər film izləyəndə öz-özümüzə soruşmalıyıq: “Rejissor bu kadrlarla əslində bizə nə demək istəyir?”
Şəhla İlkay
