Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Alovdan doğulan: Lilitin qaranlıq əfsanəsi

30 İyul 2026, 14:00 Dünya
REKLAM728×90

Lilit Əfsanəsi: Adamın ilk həyat yoldaşı haqqında mistik rəvayətlər.

Faktum.az xəbər verir ki, Yəhudi mifologiyasında və bəzi mistik təlimlərdə Xəvvadan (Əvva) əvvəl Adamın (Adəmin) ilk həyat yoldaşı olduğu iddia edilən Lilit, azadlıq, itaətsizlik və qaranlıq güclərin simvolu kimi tarixin enişli-yoxuşlu səhifələrində yer almışdır.

Rəvayətlərə görə, Lilit də Adam kimi torpaqdan yaradıldığı üçün özünü onunla bərabərhüquqlu hesab etmiş, Adamın ona hakim olmaq və tabe etdirmək istəyinə etiraz edərək cənnəti tərk etmişdir.

Yaradanın gizli adını tələffüz edərək göylərə yüksələn və Qırmızı dəniz sahıllərinə sığınan Lilit, qərarlarına görə lənətlənərək cinlərin anası və gecə ruhu kimi tanınmışdır.

Orta əsrlər kabbalistik mətnlərində və qədim Mesopotamiya mifində qaranlıq, körpələrə və hamilə qadınlara təhlükə törədən demonik varlıq kimi qələmə verilsə də, müasir ədəbiyyatda və feminist təhlillərdə o, öz müstəqilliyindən və azad iradəsindən imtina etməyən ilk qadın fiquru kimi yenidən şərh olunur.

REKLAM728×90
Paylaş: