Dəriyə dost, yoxsa düşmən? Tez-tez, qaynar və ya soyuq duş qəbul etməyin gizli tərəfləri

Faktum.az xəbər verir ki, gündəlik həyatımızın ayrılmaz hissəsi olan duş qəbul etmək vərdişi, yalnız bədən təmizliyi deyil, həm də fizioloji və psixoloji sağlamlığımıza birbaşa təsir edən vacib bir ritualdır. Lakin həddindən artıq tez-tez duş almaq, suyun temperaturu və seçilən üsul bədənimizə düşündüyümüzdən də dərin təsir göstərir.
Xüsusilə yay aylarında gün ərzində dəfələrlə duş qəbul etmək genbolluq yaratsa da, dermatoloqlar xəbərdarlıq edirlər ki, tez-tez yuyunmaq dərinin təbii mikrobiomunu və qoruyucu yağ təbəqəsini (lipid baryerini) yuyub aparır. Bu dəri baryeri zədələndikdə dəri quruyur, qıcıqlanır, tez qocalır və infeksiyalara karşı müqavimətini itirir. Mütəxəssislərin rəyinə görə, intensiv fiziki iş və ya məşq edilmədiyi təqdirdə gün ərzində 1 dəfə mülayim duş qəbul etmək tamamilə kifayətdir.
Suyun temperaturu da ən azı tezliyi qədər həlledici əhəmiyyət kəsb edir:
Qaynar su ilə çimmək: Yorğunluğu götürsə və əzələləri boşaltsa da, bədən üçün müəyyən risklər daşıyır. Qaynar su dərinin nəmliyini kəskin şəkildə azaldır, eqzema və dermatit kimi xəstəlikləri alovlandırır. Həmçinin damarları genişləndirdiyi üçün qan təzyiqini kəskin sala bilər ki, bu da ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün təhlükəlidir.
Soyuq su ilə çimmək: Əksinə, orqanizm üçün əsl “şok terapiyası” rolunu oynayır. Soyuq duş qan dövranını sürətləndirir, immuniteti gücləndirir, immunitet hüceyrələrinin fəaliyyətini stimullaşdırır və mərkəzi sinir sistemini oyadaraq dopamin səviyyəsini artırır. Lakin ürək xəstəliyi və ya yüksək təzyiqi olan şəxslərin anidən soyuq suya girməsi tövsiyə edilmir.
En ideal seçim isə mütəxəssislər tərəfindən kontrast duş (növbə ilə isti və soyuq su) və ya mülayim iliq su hesab olunur. Bu metod həm dəri sağlamlığını korumaga, həm də qan dövranını tənzimləməyə imkan verir.
