31 ildir suya Qurani -Kərim oxunur

Türkiyənin Malatya şəhərinin idarəçiləri əhali üçün möhtəşəm xidmət göstərirlər.
Suyun yaddaşı olduğunu söyləmək artıqdır ki, bunu hər kəs bilir. Məhz bu səbəblə, Malatya Gündüz bəy su anbarında, şəhərə verilən içməli suya, düz 31 ildir səsgücləndiricilər vasitəsilə Quranı Kərim tilavət edilir. Allahın müqəddəs kəlamları ilə yüklənən su atomları, insanların həm mənəvi həm də fiziki həyatlarında bir çox xoşagəlməzliklərin önünü alır.
Hər işdə “ağzı göyçək” olduğu kimi, Malatyada da belə bir gözəl işi kölgələyənlər var. İnsanların bir qrupu ,”bunun suya nə əhəmiyyəti var” deyərək, əllərinə keçmiş belə bir gözəl neməti xor görürlər.
Biz isə öz növbəmizdə, içdiyimiz suyun Quranla yuyulmasını çox arzu edirik.

Tərifə Şükürqızı
