14 yaşında edam

O, qaradərili Afrika mənsəli amerikalı idi. Adı, Corc Stinni (Georgi Stinney) 6 iyun 1944-cü ildə – 14 yaşında elektrik masasında həyatına son verildi.
Cənubi Karolina ştatında kiçik bir qəsəbədə yaşayan Corc 11 yaşlı Beyti Juba Brnnicker və 7 yaşlı Mari Emma Takes adlı iki ağdərili qızın öldürülməsində ittiham olunurdu. Onun həbs olunması ilə edamına qədər olan müddət cəmi 80 gün oldu. Tərkibi ağdərililərdən ibarət məhkəmə heç bir dəlil-sübuta əsaslanmadan, 10 dəqiqəlik müzakirədən sonra 14 yaşlı yeniyetməyə edam Hökmü oxudu.
Edam zamanı boyu balaca olduğu üçün altına kitab qoyub, başını elektrik masasının “qazan”ına çatdırdılar.
Məhkəmə əmin idi ki, Corc təqsirkar deyildi. Sadəcə günahı qara dərili olmağı idi.
Amerika dövlətinin irqi ayrı seçgilik siyasəti ədalətin üzərini elə bir şəkildə örtdü ki, sırf “əyləncə” xatirinə yeniyetməni qurban etdi. Corcun ailəsinin uzun illər davam edən ədalət tələbi 2014-cü ildə – yəni, 70 ildən sonra yerinə yetdi. Corc Stinni bəraət aldı. Onun edamı Amerika məhkəməsinin uşaq qətli olaraq, tarixə keçdi.
(Haşiyə: 10-cu əsrdə barbar Monqollar belə, boyu arabanın təkərinə çatmayan Çingizi, (Çingiz xan) uşaq olması səbəbilə qətlini təxirə salmışdı.)

Tərifə Şükürqızı
