Haqqımızda Reklam Əlaqə
160×600
160×600

100 kvadratmetr mənzil almısınız, amma sahəsi 90 kvadratmetr çıxıb? – MTK-dan pul tələb edə bilərsiniz!

02 Noyabr 2026, 09:30 Özəl
728×90

Yeni tikilidən mənzil almısınız. Müqavilədə mənzilin sahəsi 100 kvadratmetr göstərilib, lakin sonradan onun daha kiçik olduğunu öyrənmisiniz.

Bəs çatışmayan kvadratmetrlərin pulunu kim ödəməlidir?

Azərbaycan Respublikası Ali Məhkəməsi 17 iyul 2026-cı ildə bu məsələyə aydınlıq gətirib.

Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən, mənzilin faktiki sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən azdırsa, alıcı müəyyən şərtlərlə çatışmayan sahənin dəyərinin ödənilməsini tələb edə bilər.

Məbləğ necə hesablanır?

Məhkəmənin izahına görə, sahə çatışmazlığı sübuta yetirilərsə, alıcı çatışmayan sahənin dəyərinin mübahisəyə baxıldığı dövrdəki bazar qiymətləri əsasında ödənilməsini tələb edə bilər.

Lakin burada mühüm məqam var: çıxarışda göstərilən sahənin müqavilədəkindən az olması hələ MTK-nın qanunu pozduğu demək deyil.

Müqavilənin şərtləri, sahənin hesablanma üsulu və mənzilin faktiki ölçüləri araşdırılmalıdır.

Diqqət! İddia müddətini qaçırmayın.

Ali Məhkəmənin mövqeyinə əsasən, bu xarakterli müqavilə pozuntuları üzrə 5 illik iddia müddəti mənzilin fiziki olaraq təhvil alındığı gündən hesablanır.

Ona görə də mənzilinizin sahəsində çatışmazlıq olduğunu düşünürsünüzsə, vaxt itirmədən müqavilənizi və digər sənədlərinizi hüquqi baxımdan yoxlatdırın.

Hüquqlarınızı bilmədən maddi itki ilə razılaşmayın!

 

Hüquqşünas | Mediator Zaur Quliyev

Əlaqə: 099 711 95 99

728×90
Paylaş: