Yerin altındakı “süküt” -Qazdıqca üzə çıxan sirlər

Yerin altında – ayaqlarımızın dəqiq 10-12 kilometr dərinliyində tamamilə fərqli və sirli bir dünya var.
1970-ci illərdə Sovet alimləri Kol yarımadasında yer qabığını mümkün qədər dərindən qazmaq qərarına gəldilər. “Kola Dərin Qazma Quyusu” adlanan bu layihənin məqsədi Mantiya təbəqəsinə çatacaq qədər dərinə getmək idi. İllərlə davam edən qazmadan sonra 12.262 metr dərinliyə çatdılar. Bu, bəşəriyyətin yer qabığında açdığı ən dərin dəlikdir və hətta məşhur Marian çökəkliyindən də dəlindir!
Lakin 12 km dərinlikdə alimlər gözləmədikləri fantastik hadisələrlə qarşılaşdılar:
O qədər böyük təzyiq və istilikdə suyun ola bilməyəcəyi düşünülürdü. Amma alimlər həmin dərinlikdə mineral sular və yüksək sıxlıqda hidrogen, helium, hətta mikroskopik fosillər tapdılar.
Həmin dərinlikdəki süxurların tərkibində tonlarla qızıl var idi — lakin istilik və təzyiq o qədər yüksək idi ki, onu çıxarmaq texniki baxımdan qeyri-mümkün idi.
12 kilometrdə temperatur 100°C gözlənilirdisə, gözlənilmədən 180°C-yə çatdı. Qazma başlığı əriməyə və plastilin kimi yumşalmağa başladı.
Nəticədə texnologiya bu istiliyə dözmədi və 1990-cı illərin başında layihə dayandırıldı. Quyunun ağzı isə paslanmayan nəhəng bir metal qapaqla qaynaqlanaraq bağlandı.
Deməli, biz kainatın milyardlarla kilometr uzaqlığına kosmik gəmilər göndərsək də, öz planetimizin cəmi 13 kilometr dərinliyinə enə bilməmişik.
Yerin dərinlikləri kiminə qorxulu, kiminə isə sükunətli görünə bilər. Lakin biz ayaqlarımızın altındakı bu nəhəng və alovlu dünyanı kəşf etdikcə anlayırıq ki, Yerin üstündəki həyat, onun dərinliklərindəki gizli tarazlıqdan asılıdır. Dərinliklərə tərəf atılan hər bir elmi addım, əslində öz evimizi daha yaxşı tanımaq cəhdidir.

Şəhla İlkay
