Haqqımızda Reklam Əlaqə
160×600
160×600

YENİ GÜNƏŞLİDƏ TİKİNTİ DƏLƏDUZLUĞU: “DAŞ ABİDƏ” PARKINI KİM MƏHV ETDİ? – VİDEO

19 Sentyabr 2026, 08:49 Cəmiyyət
728×90

Faktum.az xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Fərhad Babayev küçəsində sakinlərin uzun illərdir “Daş abidə” kimi tanıdığı xüsusi park ərazisi qanunsuz tikinti iddiası ilə gündəmə gəlib.

Qəsəbə sakinləri bildirir ki, bir zamanlar bura sakinlər üçün görüş yeri, tanınan bir ünvan olub.

Uzun illər baxımsız qalsa da, bir ay əvvəl ərazidə abadlıq işlərinin aparılacağı deyilib. Lakin abadlaşdırma əvəzinə ərazi şəffaflıqdan uzaq şəkildə hasarlanaraq ictimai-iaşə obyektinin tikintisinə başlanılıb. Sakinlər tərəfindən ucaldılan və xəritələrdə belə “Daş abidə” kimi düşən qaya parçası tamamilə ləğv olunub.

Tikinti sahəsində nə sifarişçi, nə də icazə sənədlərinin əks olunduğu məlumat lövhəsi var. İddialara görə, yeni binanın alt mərtəbəsində avtomobil təmiri sexləri, yuxarı mərtəbələrində isə kafe-restoran fəaliyyət göstərəcək. İş icraçıları sənədlərin olduğunu iddia etsələr də, sənəd təqdim olunmayıb. Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən hələlik rəsmi açıqlama almaq mümkün olmayıb.

728×90
Paylaş: