Thomas Midgiley və ya Dünyanı qansız məhv edən cani

Faktum.az xəbər verir ki, Tomas Midcli (Thomas Midgley) amerikalı kimya mühəndisi idi. 100-dən artıq kəşf onun adı ilə bağlıdır. Lakin hər bir kəşf mütərəqqiyə xidmət etmir – Tomasın qurğuşunlu benzini kəşf etməsi kimi. Əsası qurğuşundan olan tetraetil maddəsi benzinə qatıldı. Qurğuşunun zəhərli olduğu qədim Romadan bəri bilinirdi. Bunu ört-basdır etmək üçün maddə publicistaya “etil” deyə təqdim olundu.
Benzindən daha ucuz maliyyət hesabına başa gələn qurğuşunlu benzin insan həyatı üçün olduqca təhlükəli idi. Benzinin və motorların istehsalında bir-birinin ardınca 15 fəhlənin ölümü isbat etdi ki, bu benzinin nevrotoksik fəsadları var. Benzinlə uzun müddət tənəffüs edildikdə beyində və sinir sistemində geri dönüşü olmayan fəsadlar yaranır. Eyni zamanda korluq, karlıq, yuxu pozuntusu, ən qorxulusu isə xərçəng, iflic, böyrək çatışmazlığı, ağciyər xərçəngi kimi qorxulu xəstəliklərə səbəb olur.
Tomas isə inadla öz ixtirasını müdafiə edir, hətta mətbuat önündə bir dəqiqə boyunca qurğuşunlu benzinin qoxusunu ciyərlərinə çəkir. Nəticədə zəhərlənir və uzun müddət gizli müalicə alır. Onun mürtəce kəşfləri bununla da bitmədi. 1928-ci ildə soyutma sistemləri üçün freon qazını (xloroflorokarbon) kəşf etdi və yenə kameralar qarşısına keçib qazı ciyərlərinə çəkdi.
Tomasın qurğuşunlu benzini atmosferi o qədər çirkləndirdi ki, artıq qalıcı zəka çatışmazlığı sürətlə yayılmağa başladı. Digər xəstəliklər – iflic, xərçəng, insult, zəif görmə, ağır eşitmə, ürək-damar xəstəlikləri cavanlaşdı. Tomasın icadı olan freon qazı atmosfer təbəqəsində parçalanmadan stratosferə qədər yüksəlir və günəş işığı ilə birləşərək xlor atomları yaradır. Bu atomlar Yeri günəşin ölümcül radiasiyasından qoruyan Ozon qatını məhv etdi.
Tomas Midcli yalnız bəşəriyyəti deyil, özünü də zəhərlədi. 51 yaşında poliomielit nəticəsində iflic oldu. Özünün çarpayıdan qalxmaq üçün yaratdığı aparatın iplərinə dolaşaraq boğulub öldü. Necə deyərlər, “qazdığı quyuya özü düşdü”. Tarixçilər belə bir qənaətə gəliblər ki, dünyanın heç bir canlı orqanizmi və ya diktatoru Tomas Midcli qədər təbiətə və insanlığa zərər vurmayıb. Yani, tərəqqisi olmayan təcəllinin tənəzzülü labüddür.
Müəllif: Tərifə Şükürqızı
