Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Sovet işğalına qarşı Şəmkirdə alovlanan xalq müqaviməti

21 İyul 2026, 08:00 Cəmiyyət
REKLAM728×90

Faktum.az xəbər verir ki, Azərbaycanın zorla sovetləşdirilməsinə və qırmızı terrora qarşı xalqın ən böyük etirazlarından biri olan Müşkürlü üsyanı məhz 1920-ci ilin 21 iyul tarixində alovlanıb. Şəmkir qəzasının Müşkürlü kəndində (hazırda Şəmkir rayonunun Kür qəsəbəsi və ətraf əraziləri) başlayan bu silahlı etiraz, bolşevik rəhbərliyinin yerli əhaliyə qarşı apardığı amansız  “ərzaq sapalağı” (taxıl və mülkün zorla müsadirəsi) siyasətinə qarşı təbii bir reaksiya idi.

Bakının işğalından sonra rayonlarda kəndlilərin əlindəki bütün var-dövləti talan edən kommunist rejiminə tabe olmaqdan imtina edən Müşkürlü əhalisi, sovet ərzaq komissarlarını və milis dəstələrini bölgədən sıxışdıraraq kütləvi silahlı müqavimətə başladı. Qısa müddətdə Şəmkirin digər kəndlərinə də yayılan bu üsyanı yatırmaq üçün sovet hakimiyyəti XI Qırmızı Ordunun xüsusi cəza dəstələrini və ağır artilleriyanı bölgəyə yeritdi. Qeyri-bərabər döyüşlər nəticəsində Müşkürlü kəndi top atəşinə tutularaq yandırıldı, yüzlərlə yerli sakin isə kütləvi şəkildə güllələndi və repressiyaya məruz qaldı.

Bu qanlı hadisə Azərbaycan xalqının sovet rejimini könüllü deyil, məhz silah gücünə və qanlı işğal yolu ilə qəbul etmək məcburiyyətində qaldığının ən bariz tarixi sübutlarından biridir.

REKLAM728×90
Paylaş: