Ailəsini – 6 uşağını Hitlerə qurban verdi

Faktum.az xəbər verir ki, Adolf Hitler 1933-cü ildən faşizm ideologiyası ilə Almaniyanı ələ keçirdiyində, yanında ən sadiq silahdaşı Jozef Göbbels var idi. Jozefin kütləvi manipulyasiya bacarığı və intensiv təbliğatı güclü olduğu üçün Hitler onu Xalq Maarifləndirmə və Təbliğat naziri vəzifəsinə təyin etdi. Ölkənin mətbuat, radio və digər informasiya idarəçiliyi Jozefin tabeliyinə keçdi. O, informasiyanı “bir yalanı nə qədər çox təbliğ etsən, sonunda insanlar ona inanar” prinsipi ilə yönəldərək faşizmi millətin şüuruna yeritdi. Hitlerin ona güvəni o qədər sonsuz idi ki, vəsiyyətində Jozefi Almaniyaya kansler təyin etmişdi. O, bu vəzifəni cəmi bir gün icra edə bildi.
1 may 1945-ci ildə mütləq məğlubiyyətin qaçılmaz olduğuna əmin olduqdan sonra sığınacaqda saxlanan 6 uşağını zəhərləyib öldürdü. Ardından həyat yoldaşı Maqda Göbbels ilə birlikdə intihar etdi.
Həyatın ironiyasına bax ki, öz ölkəsində “arıq irq” siyasəti ilə əqli və fiziki qüsurlu insanları məhv etdirən Adolf Hitler Parkinson xəstəsi, anadangəlmə genetik və cinsi qüsur olan Kallman sindromlu, eşitmə qüsurlu, narkotika asılısı və mədə-bağırsaq xəstəsi idi; Jozef Göbbels isə anadangəlmə fiziki qüsurlu (çolaq) idilər. Bəlkə də bu insanların qəlbini insanlığa qarşı bu qədər kindar edən, başqaları kimi həyatdan fiziki, mənəvi, bioloji zövqdən məhrum olmaları idi.

Tərifə Şükürqızı
