Şotlandiyanın Milli Heyvanı: Əfsanəvi Birbuynuzun (Yunikorn) Tarixi Səbəbi

Böyük Britaniya krallığına daxil olan Şotlandiyanın rəsmi milli heyvanı realda mövcud olmayan əfsanəvi Birbuynuz (Yunikorn) hesab olunur.
Faktum.az xəbər verir ki, ilk baxışda təəccüblü görünən bu seçimin arxasında dərin tarixi, siyasi və mifoloji səbəblər dayanır. Şotlandiya mədəniyyətində və kelt mifologiyasında birbuynuz saflığın, alicənablığın, azadlıq sevginin, eyni zamanda yenilməz fiziki gücün rəmzidir. Şotland kralı III Ceyms XV əsrin sonlarında bu mifoloji varlığı rəsmi olaraq krallığın gerbinə daxil etmişdir. Tarixi əfsanələrə görə, birbuynuzlu atı zəncirləmək və ya ram etmək imkansız sayıldığı üçün şotlandlar bu obrazı özlərinin azadlıq mübarizəsi və müstəqil ruhu ilə eyniləşdirirdilər. Maraqlıdır ki, əsrlər boyu Şotlandiyanın əzəli rəqibi olan İngiltərənin simvolu Şir (Aslan) olduğu halda, şotlandlar özlərinə məhz şiri məğlub edə biləcək tək varlıq sayılan birbuynuzu simvol seçmişdilər. 1603-cü ildə iki krallıq birləşdikdən sonra Böyük Britaniyanın rəsmi gerbində həm ingilislərin Şiri, həm də şotlandların Zəncirlənmiş Birbuynuzu yan-yana yer almağa başlamışdır.
