Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü tutuldu

03 Avqust 2026, 10:36 Kriminal
728×90

Siyəzən rayonunda avtoxuliqanlıq edən iki sürücü barəsində inzibati tədbir görülüb.

Faktum.az  xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücülərə qarşı profilaktik tədbirlər həyata keçirilib.

Tədbirlər zamanı avtoxuliqanlıq hərəkətləri edən C.Ağayev və C.Rəşidov saxlanılıblar. Onlar barəsində toplanmış inzibati materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxsin nəqliyyat vasitəsini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılıb. Həmçinin onlar barəsində inzibati qaydada həbs və qanunvericiliyə uyğun digər məsuliyyət tədbirləri tətbiq edilib.

728×90
Paylaş: