Səssizlik niyə narahat edir?

Sükutun psixologiyamıza və sinir sistemimizə gözlənilməz təsiri
Faktum.az xəbər verir ki, sükut adətən sakitlik və dincəlmə vasitəsi kimi qəbul edilsə də, bir çox insan üçün tam səssizlik gərginlik, təşviş və narahatlıq mənbəyinə çevrilir.
Neyropsixoloqların fikrincə, xarici səslər kəsildikdə beynimiz xarici mühiti izləməyi dayandıraraq diqqəti daxilə yönəldir; bu zaman gündəlik gərginlikdə bastırılmış narahatlıqlar, yarımçıq qalmış emosiyalar və basdırılmış düşüncələr səthə çıxır.
Əsrlər boyu formalaşan təkamül instinktləri də burada böyük rol oynayır – təbiətdə qəfil yaranan sükut tez-tez bir yırtıcının yaxınlaşması və ya təhlükə siqnalı demək olduğu üçün sinir sistemimiz şüuraltı olaraq həyəcan rejimini işə salır. Eynilə, cəmiyyətdə ünsiyyət zamanı yaranan səssizlik “anlaşılmazlıq” və ya “uğursuzluq” kimi yozularaq sosial təşvişi tetikləyir. Müasir dövrdə isə beynimiz daimi informasiya və səs axınına (sosial media, musiqi, bildirişlər) alışdığı üçün stimulyasiyasız qaldıqda sükutu bir növdən psixoloji boşluq və stress kimi qəbul edir.
