Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Səs silahları və “Havana Sindromu”

08 Avqust 2026, 14:00 Özəl
728×90

Diplomatların beynini zədələyən müəmmalı dalğalar

Faktum.az xəbər verir ki, ilk dəfə 2016-cı ildə Kubanın paytaxtı Havanada yerləşən ABŞ və Kanada səfirliklərinin əməkdaşlarında müşahidə olunan müəmmalı xəstəlik simptomları müasir diplomatik tarixin ən böyük sirrlərindən birinə çevrilib. Səfirlik əməkdaşları qəfildən qulaqlarında şiddətli küylər, kəskin başağrıları, ürəkbulanma, huşun itməsi, tarazlıq pozuntusu və ciddi yaddaş itkisi hiss etməyə başladıqlarını bildiriblər.

Sonrakı illərdə analoji hallar Avstriya, Almaniya, Çin və hətta Vaşinqtonda çalışan onlarla diplomat, kəşfiyyatçı və hərbçidə də qeydə alınıb. Səhiyyə mütəxəssisləri və neyroloqlar zərərçəkənlərin beynini müayinə edərkən travmatik beyin zədələnməsinə bənzər fiziki dəyişikliklər aşkar ediblər. Ən diqqətçəkən məqam isə bu zədələnmələrin heç bir fiziki zərbə və ya xarici təmas olmadan baş verməsidir.

Müəmma dərinləşdikcə elmi və hərbi dairələr bu simptomların gizli mikrodalğalı və ya infrasəs silahları vasitəsilə törədildiyi ehtimalını irəli sürüblər. Tədqiqatçıların fikrincə, yönləndirilmiş impulsiv radiotezlik enerjisi (RF) zərərçəkənlərin daxili qulaq sisteminə və beyin toxumalarına təsir edərək, insanlara yüksək səs kimi qavranılan, lakin əslində impulslu mikrodalğaların yaratdığı neyroloji zədələrə yol açır.

Bəzi iddialara görə, bu hallar xarici kəşfiyyat orqanlarının gizli casusluq texnologiyalarından və ya neyro-silahlardan istifadə etməsinin nəticəsidir. Rəsmi qurumlar tərəfindən aparılan genişmiqyaslı araşdırmalara baxmayaraq, “Havana Sindromu”nun dəqiq mənşəyi və bu hadisələrin arxasında konkret kimin durduğu tam subut olunmayıb və mövzu hələ də beynəlxalq hərbi-tibb aləmində ən sirli tapmacalardan biri kimi qalmaqdadır.

728×90
Paylaş: