Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Səhiyyə Nazirliyinin biganəliyi körpə Səccadı çarəsiz qoyub

09 İyul 2026, 09:10 Sosial
728×90

On il ata-anası körpə Səccadın yolunu gözləyirdi. Nəhayət dünyaya gəlişi ilə ailəyə dünya qədər sevinc xoşbəxtlik gətirdi, balaca Səccad.
Çox təəsüf ki, ailənin sevincini ani oldu. Həkimlər balaca Səccadda olduqca ağır xəstəliyin olduğunu söylədilər.
Hemofiqosidik Limfohistiosidoz HLH.
Ağır və nadir qan xərçəngi.
Körpənin müalicəsi üçün külli miqdarda vəsait tələb olunurdu. Ən qorxulusu isə, həkimlər təcili əməliyyat olunmazsa, körpənin yaşamasının mümkünsüz olduğunu söylədilər.
Ailə dəfələrlə Səhiyyə nazirliyinə müraciət edib, imdad dilədi. Övladını xilas etməyin yolları olduğunu qanuni, baxımdan mümkün olduğunu bilən ata, Vasif Məmmədov sözün həqiqi mənasında səhiyyə nazirliyində yalvardı.
Atanın göz, yaşı, naləsini eşitməsin deyə nazir Teymur Musayev qulağına “pambıq taxdı”.
Teymur Musayev geriyə dönüb baxmadı ki, sələfi Oqtay Şirəliyev 2016-cı il 26 aprel tarixində Türkiyə dövləti Səhiyyə nazirliyi ilə Azərbaycanda müalicəsi mümkün olmayan xəstələrin dövlət hesabına Türkiyə dövlətində müalicəsi həyata keçirilməsi barədə müqavilə imzalayıb.
Nazirlik tibbi dəstək yerinə, başdan rədd edəcək şəkildə tabeçiliyində olan müəssisəyə ötürmə etdi. Nazirin “him-cimini” ilə ” hələ növbədə gözləyən çoxdur,get otur növbəni gözlə” məzmunda, çarəsiz ata qapıdan qovuldu.
Ailənin aylıq gəliri yaşam meyarına zor-güc yetdiyi halda, belə bahalı bir əməliyyatın altından qalxmaq mümkünsüz idi.
Yenə də dar gündə darda qoymayan xalq, körpənin əməliyyatı üçün madd dəstək oldu. Əməliyyatdan sonra sağalma dövründə zəruri olan vəsait əlçatmaz oldu.
Ailə təkrar Səhiyyə nazirliyinə müraciət etdi. Nazir yenə duymadı, görmədi, eşitmədi.
Beləliklə körpə bir balanı qədərinə, gənc ailənin qəhərinə tərk etdi.
Unutdu ki, hər gün Səhiyyə nazirliyi önündə bir ümid işığı ilə qəbula gələn, və ümidi öldürülən insanlar xəstəlikdən çox biganəlik sən məhv olurlar. Bütün bunlar Azərbaycan səhiyyəsi barədə sadəcə bir fikir formalaşdırır.
Xəstənin məhvi üçün ən sadə yolu, ümidlərini əllərindən alın ki, maddi olaraq çarəsizəkən, mənəvi olaraq çöksün.
Son olaraq xatırladaq ki,
Cənab Teymur Musayev!
Ömrü verən, günü çatdıqda geri alacaq. O zamana qədər çalışın xəstələnməyin. Şayət, xəstələnsəniz, nəinki sizin, dünyanın ağ xalatlı ordusu sizə ümid verməyəcək. Çarəsizliyin nə olduğunu anladıqda çox gec olacaq.

Tərifə Şükürqızı

728×90
Paylaş: