Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Saxta inanclar uğruna insanlara intihar etdirdi

04 Sentyabr 2026, 15:30 Cəmiyyət
728×90

1997-ci ildə səmada görünən Halley kometi (quyruqlu ulduz) 39 insanın həyatlarının sonu oldu.
Marşal Applewite HEAVENS GATE təriqətini yaratdı. Applewite insanlara dünyanın fani olduğunu, dünyaya bağlanmamağı, insanın dünyada müvəqqəti olduğunu təbliğ edirdi.
Əlbətdə ki, İslam dini də eyni fikirləri söyləyir. Dünyaya bağlılıqdan xilas olmağı kamilliyə çatmaq olduğunu təbliğ edir.
Elə isə Marşal Applewite nəyi yalnış söyləyirdi?
Onun yaratdığı təriqət, insanları yaşarkən dünyadan tamamilə təcrid edirdi. Ailə, uşaq, ev qayğıları unudub, hər kəs bir yerdə toplanır, eyni geyimləri geyinir, eyni yeməkləri yeyir, eyni düşüncələrlə yaşayırdılar. Onlara təbliğ olunan tək bir ideologiya vardı ki, ruh aləmində bir üst qata qalxmağınız üçün, sizə ağır gələn bədəninizdən azad olmalısınız.
Nəhayət Halley kometi ortaya çıxan zaman Marşal Applewite müridlərinə bildirdi ki, ulduzun arxasında yadplanetlilərin kosmik gəmiləri dayanıb və onları başqa bir dünyaya aparmağı gözləyir. Bunun üçün tək edəcəkləri iş, həyatlarına son vermələridir. Müridlər, onun dediyi kimi edib, 39 insanın hamısı intihar etdi.
Qarşılaşdığımız bu tablo bizə bir dərs verir.
Təklikdə söylənilən belə fikirlərə inanmaya bilərsiniz. Kütlə halında hər kəs eyni düşüncəni dəstəklədikdə, artıq öz düşüncənizlə şübhə ilə yanaşırsınız və inandığınız həqiqəti özünüzə belə inkar edirsiniz. Belə insanlara, cəmiyyətdə fərdi düşüncələrə sahib olmayan insanlar deyil, kütlənin axınına üzənlərdir .
Məhz bu səbəblə günümüzdə bir çox dinlər, radikal kütlənin cəhalətindən yararlanaraq, qorxunc ideoloji silahı kimi istifadə edirlər.


Tərifə Şükürqızı

728×90
Paylaş: